Mbappe qərarını verdi: Qalır, amma…

PSJ-nin hücumçusu Kilian Mbappe klubun yeni müqavilə təklifini qəbul etməyə qərar verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisində qalmağa razılaşan 21 yaşlı futbolçu bunun üçün klubun qarşısına şərt qoyub. Belə ki, o, yeni müqavilədə transfer qiymətinin əks edilməsini istəyir. Müqavilədə bu bənd yer alsa, Mbappenin təzminat məbləği 222 milyon avro olacaq.

Mbappe daha əvvəl klubun irəli sürdüyü üç müqavilə təklifindən imtina etmişdi. Onun PSJ ilə müqaviləsi 2022-ci ilin yayında başa çatır.