Poçettinodan Mbappe haqda açıqlama

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin klubda qalıb-qalmama məsələsinə aydınlıq gətirib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, o, əvvələr Mbappenin PSJ ilə müqaviləsini uzadacağı haqda əminliklə açıqlama vermədiyini bildirib:

“Mən demişəm ki, Mbappe gələn mövsüm PSJ-də 100 faiz qalacaq? Xeyr. Mən indiki vaxtdan danışırdım”.

Daha əvvəl Mbappe “Prime Video”-ya verdiyi müsahibədə gələcəyi ilə bağlı hələ qərar vermədiyini, nəzərdən keçirdiyi yeni halların olduğunu, həmçinin PSJ ilə müqaviləni uzadacağını istisna etməyib.

Fransalı hücumçunun “Real”a keçəcəyi gözlənilir.