“Mbappe mənə Anrini xatırladır” – Fabreqas

Fransanın “Monako” klubunun futbolçusu Sesk Fabreqas Lionel Messi və Kilian Mbappe ilə bağlı açıqlama verib.

Komanda.az “Cadena Cope”yə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi, Messinin “Barselona”da qalacağını bildirib:

“Messi ilə tez-tez danışıram. O, karyerasını “Barselona”da bitirmək istəyir. Klubda çox şey baş verə bilər, amma Messinin karyerasına “Barselona”da son verəcəyinə şübhə etmirəm”.

“Real”ı çalışdırmaq istədiyini deyən Fabreqas, “baş məşqçi kimi komandanda kimi görmək istəyərsən” sualına belə cavab verib:

“Kriştiano Ronaldonun 35, Messinin 33 yaşı var, onlar artıq qocalırlar. Mən komandama Kilian Mbappeni transfer etmək istəyərdim. Karyerasının ən yaxşı illərində 10 il onun istedadından faydalanardım. Neymar və Erlinq Haland kimi yüksək səviyyəli futbolçular da var, amma Mbappe mənə Tyerri Anrini xatırladır”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button