Dilinin bəlasına düşən Mbappe

PSJ Fransa Liqa 1-in 28-ci turundan təxirə salınmış oyunda “Nant”la qarşılaşacaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisinin aparıcı üzvlərindən olan Kilian Mbappe bu matçda iştirak etməyəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, Mbappenin Liqa 1-in son turunda “Lill”ə 1:5 hesabıyla məğlub olduqları qarşılaşmadan sonra komandanın oyununu və hazırlığını tənqid etdiyi üçün baş məşqçi Tomas Tuxel tərəfindən cəzalandırıldığı bildirilir.

Fransız hücumçu, “Lill” məğlubiyyətiylə bağlı komandanın həvəskar səviyyədə oynadığını və xarakter göstərmədiyini demişdi.

“Nant” – PSJ matçı bu gün, saat 21:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button