Bundesliqa tarixində ilk

“Maynts” Almaniya Bundesliqasının 12-ci turunda səfərdə “Hoffenhaym”ı məğlub edib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 5:1 hesabıyla bitən görüşdə “Maynts” yerli çempionat tarixində bir ilki bacarıb. Belə ki, “Maynts” qarşılaşmanın 45+2-ci dəqiqəsində Ridla Bakunun qırmızı vərəqə almasına baxmayaraq, ikinci hissədə 4 qol vurub. “Maynts” Bundesliqa tarixində səfər matçında azlıqda olmasına baxmayaraq, 4 qol vuran ilk komanda olub.

Ev oyunlarındakı rekord isə “Ayntraxt”a aiddir. Frankfurt təmsilçisi 2000-ci ildə doğma meydanında azlıqda qaldıqdan sonra “Hanza”ya 4 qol vuraraq, qalib gəlmişdi.