Tayson təyyarədə sərnişini döydü – VİDEO

Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson təyyarədə sərnişini döyüb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə San-Fransiskodan Floridaya uçuşdan əvvəl baş verib. Taysonun əyləşdiyi oturacağın arxa hissəsində olan sərxoş sərnişin ona dəfələrlə söz atıb. Mayk həmin şəxsə bir neçə dəfə xəbərdarlıq edib. Lakin xəbərdarlığın faydasız olduğunu görən Tayson, sərnişinin sifətinə dayanmadan yumruq zərbələri endirib. 

Sərnişin üzünə endirilən zərbələrdən xəsarət alıb, Tayson isə onun yanından uzaqlaşdırılıb.