AÇ-2020: Bakıdakı oyunların biletləri satışa çıxarılır

Mayın 15-dən etibarən AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılacaq.

Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb. Biletlər bir neçə kateqoriyada təqdim olunur. Birinci kateqoriya 250 manat, ikinci kateqoriya 150 manat, üçüncü kateqoriya isə 60 manat dəyərində olacaq.

AÇ-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button