Sarri bu günü də gördü

“Çelsi” Avropa Liqasının 1/4 final mərhələsində “Slaviya”nı məğlub edərək, yarımfinal mərhələsinə yüksəlib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, bu qələbə “zadəganlar”ın baş məşqçisi Mauritsio Sarri üçün əlamətdar olub. Belə ki, italyan mütəxəssis məşqçi karyerası ərzində ilk dəfə avrokuboklarda yarımfinal mərhələsinə yüksəlir.

“Çelsi” Avropa Liqasının 1/4 final mərhələsində “Slaviya”nı səfərdə 1:0, öz meydanında isə 4:3 hesabıyla məğlub edib. London təmsilçisi yarımfinal mərhələsində Almaniyanın “Ayntraxt” klubuyla qarşılaşacaq.