Matteus Çempionlar Liqasındakı favoritlərini açıqladı

“Bavariya”nın keçmiş futbolçusu Lotar Matteus UEFA Çempionlar Liqasındakı favoritlərini açıqlayıb.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, turnirin yarımfinal mərhələsi və final oyunu ilə bağlı proqnozlarını bildirib:

“Məncə, yarımfinalda “Mançester Siti” “Bavariya”, “Atletiko” PSJ ilə qarşılaşacaq. Turnirin final matçında isə “Bavariya” ilə PSJ üz-üzə gələcək. PSJ-yə də rəğbətim var, amma əlbəttə ki, favoritim “Bavariya”dır”.

Turnirin 1/4 final mərhələsində “Bavariya” “Barselona” ilə, PSJ isə “Atalanta” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button