Maruşiç Azərbaycana qarşı oynayacaq

Monteneqro milli komandasının futbolçusu Adam Maruşiç UEFA Millətlər Liqasında Azərbaycanla oyunda iştirak edə biləcək.

Komanda.az Serbiya mətbuatına istinadən xəbər verir ki, “Latsio”nun şərəfini qoruyan futbolçu yığmanın düşərgəsinə qoşulub. İtaliya klubu futbolçularına yığmanın düşərgəsinə getməyə icazə verməsə də, Maruşiç milliyə qoşulub. O, turnirin növbəti turlarında keçiriləcək Azərbaycan və Kiprlə oyunlarda iştirak edə biləcək.

Azərbaycan millisi Monteneqro ilə səfərdə, noyabrın 14-də qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button