“Martinesin daha bir il “İnter”də qalmasını istəyərəm, çünki…” – Krespo

Argentina millisinin sabiq üzvü Ernan Krespo “Barselona”ya keçəcəyi deyilən “İnter”in futbolçusu Lautaro Martineslə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı sabiq argentinalı futbolçu, həmyerlisi olan Martinesə “neradzurra”da qalmağı məsləhət görüb:

“Martinesin daha bir il “İnter”də qalmasını istəyərəm, çünki bu, onun əsas heyət üzvü kimi keçirdiyi ilk mövsüm idi. Onun “Barselona”da yer tapması üçün daha bir ilə ehtiyacı olacaq. İşinə ciddi yanaşan və köklənən bir futbolçudur, bunu həqiqətən sevirəm. Həm fərdi, həm də başqa bir hücumçu ilə oynaya bilən futbolçudur”.