“Bəlkə də, bu, komandadakı son oyunum oldu” – “Bavariya”nın futbolçusu

“Bavariya”nın futbolçusu Xavi Martines UEFA superkubokunda “Sevilya”ya qalib gəldikləri oyundan (2:1) sonra açıqlama verib.

Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Münhen klubunun qələbə qolunu vuran 32 yaşlı futbolçu, “Bavariya”dan mümkün ayrılığı barədə də danışıb:

“Komanda üçün meydanda əlimdən gələni etməyə çalışıram. “Bavariya” formasını nə zaman geyinsəm, bunu etməyə çalışdım. 10-15 dəqiqə oynasam da, komandaya fayda verməyə çalışıram və bu gün də bir qolla kömək etdim. Çox məmnunam, xəyalımız gerçək oldu. Bəlkə də, bu, komandadakı son oyunum oldu. Qarşıdakı günlərdə necə olacağını biləcəyik. İndi komanda yoldaşlarımla bu qələbəni qeyd etmək istəyirəm”.

Martinesin “Bavariya”dan ayrılaraq, “Atletiko”ya transfer olunacağı bildirilir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button