350 – 300

“Real” İspaniya La Liqasının 20-ci turu çərçivəsində “Sevilya”ya 2:1 hesabıyla qalib gəlib.

Komanda.az Madrid klubunun saytına istinadən xəbər verir ki, bu qarşılaşma “Real”ın futbolçuları – Marselo və Rafael Varan üçün əlamətdar olub. Bu matç Marselonun “Real”ın heyətində La Liqada 350-ci oyunu olub. Braziliyalı futbolçu bu oyunların 243-də qalib gəlib, 25 qolla yadda qalıb.

Varan üçün isə “Sevilya”yla matç “Real”ın heyətində bütün turnirlər nəzərə alınmaqla 300-cü oyun olub. 2011-ci ildən Madrid klubunun şərəfini qoruyan fransalı futbolçu, bu qarşılaşmaların 201-də qalib gəlib və 14 qolla yadda qalıb.