Marselo Hazardla Neymarı müqayisə etdi

“Real”ın müdafiəçisi Marselo, komanda yoldaşı Eden Hazardla Braziliya millisində birgə çıxış etdiyi PSJ-nin futbolçusu Neymarı müqayisə edib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, braziliyalı futbolçu, Neymarın Hazarddan güclü olduğunu deyib:

“Hazard inanılmazdır, əla sürətə və texnikaya malik oyunçudur. Düşünürəm ki, o, ən yaxşı 5 futbolçudan biridir. Ancaq Neymarla müqayisə etsəm, “Neymar daha güclüdür” deyərdim. Neymara qarşı müdafiə olunmaq olmur”.