Villaş-Boaş Premyer Liqa klubuna “yox” dedi

“Marsel”in baş məşqçisi Andre Villaş-Boaş “Nyukasl” klubundan təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Lequipe” nəşri məlumat yayıb. Premyer Liqa klubu portuqaliyalı mütəxəssisə “Marsel”də qazandığından daha yaxşı şərtlərlə müqavilə təklif edib. Ancaq Andre ingilislərin bu təklifini rədd edib.

“Marsel” klubu da baş məşqçisi Villaş-Boaşa 2+1 şərtiylə yeni müqavilə təklif etdiyini açıqlamışdı.