Marsel “Olimpik”i səfərdə xal itirdi

Fransa çempionatında 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, bu gün daha 6 qarşılaşma baş tutub.

“Ayaçço” – “Lans” matçında qapılara qol vurulmayıb. “Nitsa” – “Strasburq”, “Brest” – “Olimpik” (Marsel) və “Oser” – “Anje” matçlarında da qalib müəyyənləşməyib. “Reyms” evdə “Klermon”a, “Trua” isə “Tuluza”ya məğlub olub.

“Loryan” – “Olimpik” (Lion) matçı isə təxirə salınıb.

Fransa, Liqa 1
2-ci tur

13 avqust

Loryan – Olimpik (Lion) matçı təxirə salınıb

Ayaçço – Lans 0:0

Oser – Anje 2:2
Qol: Janve, 4. Untondji, 10-öz qapısına – Dioni, 22. Salama, 77.

Reyms – Klermon 2:4
Qol: Dumbiya, 23-pen. Baloqun, 30-pen – Andriç, 51-pen; 62. Çam, 72. Bela, 77.

Trua – Tuluza 0:3
Qol: Larusi, 36-öz qapısına. Ratao, 54. Hili, 85.

Nitsa – Strasburq 1:1
Qol: Delor, 35-pen – Qameyro, 55.

Brest – Olimpik (Marsel) 1:1
Qol: Lis-Melu, 61 – Tavares, 38.