“Marsel” darmadağına üzüldü

Futbol üzrə Fransa çempionatında 35-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə bir görüş keçirilib. PSJ səfərdə “Strasburq”la qarşılaşıb. Bu oyunun PSJ üçün demək olar ki, heç bir əhəmiyyəti yoxdur. Maurisio Poçettinonun komandası artıq Liqa 1-də çempionluğu rəsmiləşdirib. Altı qolun qeydə alındığı qarşılaşma bərabərliklə bitib.

Şənbə günü daha iki qarşılaşma baş tutub. Dörd qolun qeydə alındığı “Lans” – “Nant” matçında qalib müəyyənləşməyib. “Renn” isə “Sent-Etyen” üzərində inamlı qələbəyə sevinib.

Turun maraqla gözlənilən oyunlarından biri “Marsel”lə “Lion” arasında olub. Bu oyunda qonaqlar darmadağına seviniblər.

Fransa Liqa 1, 35-ci tur

29 aprel

Strasburq – PSJ 3:3
Qol
: Qameyro, 3. Verratti, 75-öz qapısına. Kasi, 90+1 – Mbappe, 23; 68. Hakimi, 64.

30 aprel

Lans – Nant 2:2
Qol
: D.Kosta, 67. Kalimuendo, 81 – Simon, 8; 32.

Renn – Sent-Etyen 2:0
Qol
: Mayer, 41; 84.

1 may

Trua – Lill 3:0
Qol
: Tardeu, 43-pen; 86-pen. Uqbo, 55-pen.

Brest – Klermon 2:0
Qol
: Brassye, 60. Munye, 62.

Loryan – Reyms 1:2
Qol
: Moffi, 32 – Zeneli, 17. Ture, 59.

Monako – Anje 2:0
Qol
: Bamba, 42-öz qapısına. Ben Yedder, 61.

Monpelye – Mets 2:2
Qol
: Souke, 80. Vahi, 90+1 – Delayne, 24. Mafuta, 70.

Bordo – Nitsa 0:1
Qol
: Delor, 74.

Marsel – Lion 0:3
Qol
: Lukeba, 55. Dembele, 76. Ekambi, 88.

Bombardir: Kilian Mbappe (PSJ) – 23 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button