Villaş-Boaş karyerasını bitirir – klub prezidenti olmaq istəyir

“Marsel” klubunun baş məşqçisi Andre Villaş-Boaş gələcək karyerası haqda danışıb.

Komanda.az xəbər verir ki, Fransa mətbuatına danışan portuqaliyalı mütəxəssis, baş məşqçi karyerasını erkən bitirəcəyini deyib:

“Portu” klubunun prezidenti olmaq istəyirəm. Çox güman ki, məşqçilik karyeramı “Marsel”də yekunlaşdıracam. Ümid edirəm ki, titul qazanaraq, bu sahədən gedəcəm. Növbəti bazar günü məşqçi karyeramın 10 illiyidir. Bunu qələbəylə qeyd etmək istəyirəm”.

Villaş-Boaş “Marsel”dən əvvəl “Portu”, “Çelsi”, “İnter”, “Tottenhem”, “Zenit” kimi klublarda çalışıb.