Marek Hamşik: “Bakıya məğlub olmaq üçün gəlməmişik”

Slovakiya millisinin üzvü Marek Hamşik AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransına qatılıb.

Komanda.az xəbər verir ki, o, birbaşa media nümayəndələrinin suallarını cavablandırıb:

  • Son oyunlarda cəmi bir dəfə qapını toxunulmaz saxlamısız, sabah da bunu təkrarlaya biləcəksizmi?
  • Əsas qələbə qazanmaqdı. Hesabın önəmi yoxdu. Qol buraxmadan qalib gələ bilsək, yaxşı olar.
  • Şəhərdə kifayət qədər Slovakiya azarkeşləri var. Onların dəstəyini hiss edə bilirsizmi?
  • Əlbəttə, öz azarkeşlərimizi burda görmək xoşdur. Sabah nə qədər azarkeşin stadiona gələcəyini görəcəyik.
  • Bir neçə ay Çində çıxış etmisiz. Azərbaycan millisini necə dəyərləndirirsiz?
  • Bakı gözəl şəhərdir. Dünən biz Bakı Olimpiya stadionunda məşq etdik. Beynəlxalq karyeramda çox oyun keçirsəm də, Azərbayxana qarşı oynamamışdım. Rəqibi təhlil etmişik. Sabahkı oyunda istəkli olacaqlarına inanırıq.
  • Sabah mümkün məğlubiyyət sizin üçün təəccüblü olacaq?
  • Həyatda pis şeylər baş verə bilər. Ancaq biz buraya məğlub olmaq üçün gəlməmişik. Hücum futbolu oynayacağıq. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik.
  • 18 il əvvəl Azərbaycana məğlub olmusuz. Hücum futbolu oynamağınız nəticəyə necə təsir edəcək?
  • Ümidvaram ki, bu, yenidən təkrarlanmayacaq. Hər iki komandanın hücumameyilli oynaması maraqlı olacaq. Keyfiyyətli hücum oyunçularımızın hesabına nəticənin bizim xeyrimizə olacağını düşünürəm.
  • Sabahkı oyunda necə uğurlu olacağınızı düşünürsüz. Hansı səhvlərdən siğortalanmalısız?
  • Rəqibin topa sahib olmasının qarşısını almalıyıq. Təkbətək epizodlarda yaxşı futbolçuları var. Sabah kifayət qədər sürətli və irəliyə doğru oynamalıyıq.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button