“Marafon”dan ardıcıl 7-ci qələbə

Bu gün futzal üzrə Yüksək Liqada 4-cü turdan təxirə salınmış oyun keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilən oyunda “Baku Fire” ilə “Marafon” üz-üzə gəlib.

Tofiq Mikayılovun fasiləyə qədər het-trik etməsi cütün taleyini böyük ölçüdə həll edib. Daha sonra Sərxan Məstiyev dubl etməklə fərqin artmasına yardımçı oldu. Maraqlı məqamlardan biri də “Marafon”un qapıçısı Vladislav Reznovun rəqib qapısına qol vurması oldu.

Yüksək Liqa, 4-cü turun oyunu

16 dekabr

Baku Fire – Marafon 2:7
Qol
: Hamed Khodaei, 13:35. İbrahim Zeynalov, 35:27 – Tofiq Mikayılov, 04:12; 12:58; 18:01. Sərxan Məstiyev, 19:04; 21:14. Elşən İbrahimxəlilov, 27:25. Vladislav Reznov, 34:26.
16 dekabr. Bakı İdman Sarayı. Saat 14:00.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button