Maradonanın oğlu: “10 nömrəli formaya toxunmayın!”

Əfsanəvi futbolçu Dieqo Maradonanın oğlu açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, vaxtilə “Napoli”nin şərəfini qorumuş Maradonanın oğlu Dieqo Junior, Xames Rodriqesin Neapol təmsilçisinə mümkün transferi haqqında danışaraq, onun atasının geyindiyi 10 nömrəli formanı seçməməli olduğunu deyib:

“10 nömrəli formaya toxunmayın! O ailənin şəxsi mülkiyyətidir. O mənim atamındır. Bir nömrəni əbədiləşdirmisizsə, onu bir daha istifadə edə bilməzsiz.

Xamesin “Napoli”yə gəlməsini arzu edirəm. O, yüksək futbolçu keyfiyyətləri ilə komandaya faydalı ola bilər. Əminəm ki, o, “Napoli”yə transfer olunsa, bu komanda üçün əlindən gələni edəcək”.

Maradona 1984-1991-ci illərdə “Napoli”nin şərəfini qoruyub. Onun Neapol təmsilçisində geyindiyi 10 nömrəli forma isə 2000-ci ildən klubda istifadə edilmir.