Maradonanın heykəlini məşhur aktyorlara bənzədib, tənqid etdilər – FOTO

Dieqo Maradonanın pərəstişkarları bu yaxınlarda İspaniyada futbolçu üçün açılan heykəli tənqid ediblər. Heykəl rəssam Rafa Ferrin tərəfindən hazılanıb. 

Komanda.az xəbər verir ki, çoxu Maradonanın heykəlini aktyorlar Silvestr Stallone və Brüs Li ilə müqayisə edib.

Azarkeşlər heykələ “tvitter”də sərt reaksiya veriblər:

“Dieqoya hörmət edin!”

“Oh, Dieqo, bu nədir?”

“Ha-ha-ha-ha, bu nədir?”

“Bu hörmətsizlik təqdim olunana qədər heç kim görməmişdi?” kimi rəylər yazılıb.

Maradonanın futbolçu karyerası 1977-ci ildən 1997-ci ilə qədər davam edib. O, Argentina millisi ilə 1986-cı ildə dünya çempionu olub. Dieqo həm də, 2008-2010-cu illərdə iki il milli komandanı çalışdırıb.

Maradona 2020-ci il noyabrın 25-də, 61 yaşında ürək tutmasından vəfat edib.