Manedən “Barselona”ya keçidi gözlənilən Levandovski haqda açıqlama

“Bayern”in yeni futbolçusu Sadio Mane Robert Levandovskinin bu yay “Barselona”ya mümkün transferi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, seneqallı hücumçu “Sport Bild”-ə müsahibəsində belə deyib:

“Levandovski dünya futbolunun ən yaxşılarından biridir, buna heç bir şübhə yoxdur. Amma onun gələcəyi və seçiminin düzgünlüyü barədə danışmalı olan mən deyiləm”.

Yaxın iki həftə ərzində “Barselona”nın polşalı futbolçunun transferini açıqlayacağı bildirilirdi. “Bayern” isə hücumçusu ilə ayrılmağa tələsmir.

Levandovski ötən mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 50 oyunda 46 qol vurub. Onun Münhen klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin