Mane ”Bayern”lə razılığa gəlib

“Liverpul”un hücumçusu Sadio Mane “Bayern”lə şəxsi müqavilə şərtləri ilə bağlı şifahi razılığa gəlib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Bayern” Mane ilə 3 illik müqavilə imzalaya bilər. “Liverpul”la danışıqlar son mərhələyə qədəm qoyur.

Daha əvvəl Almaniya klubunun 30 yaşlı futbolçu üçün 35 milyon avro+5 milyon avro bonus təklif edəcəyi bildirilirdi.

Mane 2016-cı ildən “Liverpul”da çıxış edir. O, “Sauthempton”dan 41,2 milyon avroya transfer olunub. Manenin “Liverpul”la müqaviləsi gələn mövsümün sonunda başa çatır.