Mançini sağaldı

Futbol üzrə İtaliya milli komandasının baş məşqçisi Roberto Mançini koronavirusdan sağalıb.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bu barədə mütəxəssis özü məlumat verib. O, son test nəticəsinin neqativ olduğunu bildirib:

“Son koronavirus testimin nəticəsi mənfi oldu. Artıq yaxşıyam, bu dövrü geridə qoydum”.