“Mançester Yunayted”liyə Çindən təklif: Həftəlik 420 min

“Mançester Yunayted”in futbolçusu Maruan Fellaini karyerasını Çində davam etdirə bilər.

Komanda.az xəbər verir ki, belçikalı futbolçu “Şandun Lunen” klubuna keçməyə yaxındır. Bu barədə “The Sun” nəşri məlumat yayıb.

Xəbərdə, Çin Super Liqası təmsilçisinin Fellainiyə həftəlik 420 min funt-sterlinq qazanacağı müqavilə təklif edəcəyi bildirilir.

2013-cü ildən “Mançester Yunayted”də forma geyinən 31 yaşlı yarımmüdafiəçinin “qırmızı şeytanlar”la 2020-ci ilə qədər müqaviləsi var.