Ranqnik “Mançester Yunayted”dən getmək istəmir

“Mançester Yunayted”in baş məşqçisi Ralf Ranqnik klubu tərk etmək istəmir.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, almaniyalı mütəxəssis qarşıdakı mövsümlərdə də klubda qalmaq istəyir. Lakin onun hansı postda olacağı bilinmir. Ranqnik Mançester klubunda olduğu zaman özünü yaxşı hiss etdiyini söyləyib:

“Beş ay yarımdan çoxdur bu klubla birlikdə çalışıram. Özümü çox yaxşı hiss edirəm. Mən hələ də görürəm ki, hansı sahələri inkişaf etdirmək lazımdır. Lakin öz varlığımı Erik ten Haqın üzərinə yükləmək niyyətində deyiləm”.

63 yaşlı Ranqnik “Mançester Yunayted”ə 2021-ci il dekabrından rəhbərlik edir. Hazırda “Ayaks”ın “sükanı arxasında” olan Erik ten Haq bu ilin yayında onu rəsmi olaraq baş məşqçi postunda əvəz edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button