“Mançester Yunayted”dən ayrılan futbolçu Fransa klubunda

“Mançester Yunayted”lə yollarını ayıran Eyncel Qomes “Lill”ə transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı futbolçuyla müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Lill” Qomesi “Boavişta”ya icarəyə göndərib. Yarımmüdafiəçi 2020/21 mövsümünü Portuqaliya klubunda keçirəcək.