“Mançester Yunayted”də Kavani sevinci

“Mançester Yunayted”in zədəli futbolçusu Edinson Kavani sağalıb.

Komanda.az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, uruqvaylı hücumçunun artıq tam sağaldığı və komanda ilə birgə məşqlər etdiyi bildirilib.

Kavani şans veriləcəyi təqdirdə, Premyer Liqanın 29-cu turu çərçivəsində bu gün keçiriləcək “Kristal Pelas”la səfər matçında iştirak edə bilər.

Kavani Premyer Liqanın 24-cü turu çərçivəsində fevralın 14-də, “Vest Bromviç”lə keçirilən səfər matçında (1:1) zədələnmişdi.