“Mançester Yunayted”in yetirməsi “Aston Villa”da

İngiltərənin “Aston Villa” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Bernli”dən Tom Hitonu transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı qapıçı ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Mançester Yunayted”in yetirməsi olan Hiton, 2004-2010-cu illərdə “qırmızı şeytanlar”da çıxış edib. Son klubu “Bernli” olan qapıçı, 3 dəfə də İngiltərə yığmasının formasını geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button