Kavani Neymarla mübahisəsindən danışdı

“Mançester Yunayted”in yeni transferi Edinson Kavani PSJ-dəki keçmiş komanda yoldaşı Neymar haqda açıqlama verib.

Komanda.az xəbər verir ki, ESPN-ə danışan uruqvaylı hücumçu, Neymarla münasibətləri haqda bunları deyib:

“O, yaxşı oğlandır. Hər kəsin bildiyi kimi, bir dəfə “Lion”la matç zamanı onunla mübahisəmiz oldu. Meydanda danışdıq, daha sonra da paltardəyişmə otağında mübahisəmizə davam etdik. Amma bu barədə deyilənlərin çoxu yalandır.

Düzdür, onunla fərqliyik. Buna baxmayaraq, meydanda dost olmalı, bir-birinə arxa-dayaq olmalısan. Ancaq oyun bitdikdən sonra bunu davam etdirmək məcburiyyətində deyilsən. Onunla fikirlərimiz üst-üstə düşməsə belə, münasibətlərimiz yaxşı olub”.