“Mançester Yunayted”in yeni “7” nömrəsi

Edinson Kavani yeni klubu “Mançester Yunayted”də forma nömrəsini seçib.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu İngiltərə nəhəngində “7” nömrəli forma ilə çıxış edəcək.

Bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb. Bu nömrəli formanı bir vaxtlar Kriştiano Ronaldo, Devid Bekhem, Corc Best və Erik Kantona kimi oyunçular geyinib. Son olaraq bu nömrəli forma hazırda “İnter”də oynayan Aleksis Sançesə məxsus olub.

Kavani “Mançester Yunayted”lə 1+1 illik müqavilə imzalayıb. PSJ-dən ayrılan 33 yaşlı oyunçu yeni klubuna azad agent kimi keçib.