“Mançester Yunayted”in yay planı

“Mançester Yunayted”in futbolçusu Romelu Lukaku yayda klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, “qırmızı şeytanlar” 25 yaşlı forvardı satmaq niyyətindədir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, “Mançester Yunayted” rəhbərliyinin belçikalı forvardın çıxışından narazı olduğu və onu satmaq istədikləri bildirilib.

Lukaku satılacağı təqdirdə, onun transferindən gələn pulla ya Mauro İkardi, ya da Paulo Dibala transfer ediləcək.

Lukaku bu mövsüm Premyer Liqada 23 qarşılaşmada iştirak edərək, 8 qol vurub.