Bolqarıstanın “qol silahı” karyerasını bitirdi

“Mançester Yunayted”in və Bolqarıstan milli komandasının sabiq üzvü Dimitar Berbatov karyerasını bitirib.

Komanda.az xəbər verir ki, bu barədə 38 yaşlı sabiq hücumçu rəsmi “tvitter” hesabından məlumat yayıb.

“Mançester Yunayted”, “Tottenhem”, “Monako” kimi komandalarda forma geyinən Berbatovun son iş yeri Hindistanın “Kerala Blasters” klubu olub. O, 2018-ci ilin aprelindən klubsuz idi.

Berbatov 78 dəfə formasını geyindiyi Bolqarıstan milli komandasında 48 qol vurub. O, yığma tarixində ən çox qol vuran oyunçu ünvanına sahibdir.