“Mançester Yunayted”in transferlərə nə qədər pul ayıracağı bilindi

“Mançester Yunayted”in yeni baş məşqçisi Erik ten Haq komandanın heyətini gücləndirmək üçün artıq fəaliyyətə başlayıb.

Komanda.az “De Telegraaf”-a istinadən xəbər verir ki, İngiltərə klubu yayda transferlərə 140 milyon avrodan çox pul xərcləməyə hazırdır.

Ten Haqın maraq dairəsində olan futbolçular arasında “Ayaks”ın hücumçusu Antoni, həmçinin “Barselona”nın yarımmüdafiəçisi Frenki de Yonq da var.

“Mançester Yunayted” cari mövsümdə 37 turdan sonra 58 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində altıncı yerdədir.

Bizi Telegramda izləyin