“Mançester Yunayted”ə daha bir zərbə – sponsoru geri çəkilir

İngiltərənin “Mançester Yunayted” klubunun sponsoru yeni müqavilə imzalamaqdan imtina edə bilər.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın texniki sponsoru “Chevrolet”in əsas şirkəti olan “General Motors” kluba sponsorluqdan imtina edə bilər. Komandanın son nəticələrindən narazı olan şirkət, sponsorluq üçün kluba çox pul ödədiyini düşünür.

2021-ci ilədək nəzərdə tutulan hazırkı müqavilənin dəyəri 450 milyon funt-sterlinqdir.

Cari mövsümdə Premyer Liqada keçirdiyi 8 turdan sonra 9 xal toplayan “Mançester Yunayted” turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.