“Liverpul”la döyüşə gedirsiz, ancaq tuneldə dayanıb, bir-birinizi öpürsüz”

“Mançester Yunayted”in sabiq futbolçusu Roy Kin “qırmızı şeytanlar”ın Premyer Liqanın 9-cu turunda “Liverpul”la qarşılaşdıqları oyun haqda danışıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş kapitan, 1:1 hesabıyla bitən görüşdən sonra MY-nin futbolçularını tənqid edib:

“Mançester Yunayted”in futbolçuları mənə əksdir. “Liverpul”la döyüşə gedirsiz, ancaq tuneldə dayanıb, bir-birinizi öpürsüz. Bu, döyüş deyil! Siz onlara qarşı döyüşə gedirsiz.

Futbol çox dəyişməyib, ancaq oyunçular artıq fərqlidir. Onlara qarşı döyüşə gedirsən, ancaq həmin adamlarla öpüşürsən. Oyundan sonra söhbət edin və ya ümumiyyətlə, danışmayın”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button