“Mançester Yunayted”in keçmiş futbolçuna mükafat

“Mançester Yunayted”in sabiq futbolçusu Erik Kantona mükafatlandırılıb.

Komanda.az xəbər verir ki, sabiq hücumçu “UEFA Prezidenti” mükafatına layiq görülüb. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Kantonaya mükafat avqustun 29-da, Monako şəhərində keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimindən öncə təqdim olunacaq.

1992-1997-ci illər aralığında “Mançester Yunayted”də forma geyinən Kantona, 143 oyuna 64 qol vurub.