“Roy Kin elə də mükəmməl futbolçu olmayıb, o da səhvlər edirdi”

“Mançester Yunayted”in sabiq futbolçusu Duayt York keçmiş komanda yoldaşı Roy Kinin “qırmızı şeytanlar”ın qapıçısı David de Xeanı tənqid etməsinə qarşı çıxıb.

Komanda.az xəbər verir ki, bununla bağlı York, “Mirror” nəşrinə açıqlama verib:

“Kinlə bir komandada oynayıb, onun rəhbərliyi altında işləmişəm. Bilmirəm o necə biridir. Kin nə istəyirsə, onu da deyir. Bəzən sərt ifadələr işlətməkdə haqlıdır, amma düşünmür ki, bəzən də dedikləri kimisə incidə bilər. Hamımız səhv etmişik. Kin elə də mükəmməl futbolçu olmayıb, o da səhvlər edirdi. Hamımız bunu nəzərə almalıyıq”.

Roy Kinin adı Azərbaycan milli komandası ilə yanaşı hallanır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button