Corc Bestin dəftəri 1500 funt-sterlinqə satıldı

“Mançester Yunayted”in sabiq futbolçusu Corc Bestin dəftəri 1500 funt-sterlinqə satılıb.

Komanda.az xəbər verir ki, mərhum irlandiyalı futbolçunun içərisinə birlikdə olduğu qadınların adlarını və telefon nömrələrini yazdığı dəftər hərraca çıxarılıb və 1500 funt-sterlinqə satılıb.

1963-1978-ci illər aralığında “Mançester Yunayted”də forma geyinən Corc Best 2005-ci ildə vəfat edib.