“De Xea yeni müqavilə imzaladığı üçün peşmandır”

“Mançester Yunayted”in keçmiş futbolçusu Pol İns, David de Xeanın “qırmızı şeytanlar”la müqaviləsini uzatdığı üçün peşman olduğunu deyib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, İns, ispan qapıçının bir müddət əvvəl “Mançester Yunayted”in hazırkı durumu ilə bağlı verdiyi açıqlamanı tənqid edib:

“De Xea komandanın lideri olmalıdır. O, komandanın harda səhvlər etdiyini demək əvəzinə, “bilmirəm, bilmirəm” deyir. Problemin nədə olduğunu bilməməsi maraqlıdır.

Bir “Mançester Yunayted” azarkeşi, de Xeanın belə açıqlama verməsinin utancverici olduğunu düşünür. Məncə, de Xea yeni müqavilə imzaladığı üçün peşmandır”.