Poqba Fransa prezidentinə görə milli karyerasını bitirir!

“Mançester Yunayted”in futbolçusu Pol Poqba Fransa yığmasındakı karyerasını bitirməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, 27 yaşlı yarımmüdafiəçinin artıq qərarını verərək, milli karyerasını bitirdiyi bildirilir.

Poqbanın belə qərar verməsinə səbəb, Fransanın prezidenti Emmanuel Makronun İslamı beynəlxalq terrorizmin mənbəyi kimi göstərən fikirlər səsləndirməsidir. Ölkə rəhbərinin dini ayrı-seçkilik etməsi fransız yarımmüdafiəçinin narazılığına səbəb olub.

Poqba Fransa millisində 71 oyuna 10 qol vurub.