Poqba Makrona görə yığmadan gedir? – açıqlama

“Mançester Yunayted”in futbolçusu Pol Poqba Fransa yığmasındakı karyerasını bitirdiyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.

Komanda.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, haqqında çıxan məlumatların həqiqəti əks etdirmədiyini bildirib. O, bu barədə rəsmi “instagram” hesabında paylaşım edib.

“The Sun” nəşri Fransa prezidenti Emmanuel Makronun dini ayrı-seçkilik etdiyi üçün Poqbanın yığmadakı karyerasını bitirdiyini iddia etmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button