“Mançester Yunayted”dən “İnter”ə

“Mançester Yunayted”in futbolçusu Nemanya Matiç komandadan ayrılmaq niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, serbiyalı yarımmüdafiəçi oyun praktikasının azlığından şikayətçidir. Matiç karyerasını İtaliya A Seriyasında davam etdirmək istəyir. 31 yaşlı yarımmüdafiəçi ilə “İnter” maraqlanır.

“Qırmızı şeytanlar”la 2020-ci ilin yayına qədər müqaviləsi olan Matiç, bu mövsüm 5 oyuna çıxıb.