Ronaldonun sevgilisi tənqid olundu: “Bizi bəyənmir və bizdən utanır”

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes qohumları tərəfindən tənqid olunub.

Komanda.az xəbər verir ki, dayısı Xesus Hernandes Corcina haqda “The Sun” nəşrinə açıqlama verib:

“Onun kimi bahalı həyat yaşamırıq deyə, bizi bəyənmir və bizdən utanır. Ronaldo ilə olduğundan bəri mənə cəmi bir-iki dəfə zəng edib.

Ondan heç nə istəməmişəm. Hər zaman Corcina və bacısını qorumuşam. Onlara paltar alır, hətta kommunal xərclərini ödəmişəm. Əlimdən gələn hər şeyi etmişəm.

Üç il əvvəl Corcinanın atası vəfat etdi, amma bu haqda mənə məlumat vermədilər. Niyə belə etdiklərini başa düşmədim”.