Ronaldo “Mançester Yunayted”i tərk edə bilər

“Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo klubu tərk edə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, portuqaliyalı hücumçunun artıq bu barədə klubun nümayəndələri ilə danışıqlara başladığı və yayda MY-ni tərk edə biləcəyi bildirilib.

Ronaldo “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanacağı halda, komandada qala bilər.

36 yaşlı hücumçu bu mövsüm “qırmızı şeytanlar”la 22 oyunda 14 qol vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button