Kavani “Çelsi” ilə oyunda debüt edə bilər

“Mançester Yunayted”in futbolçusu Edinson Kavani bu gün Premyer Liqada debüt edə bilər.

Komanda.az xəbər verir ki, uruqvaylı hücumçu Premyer Liqanın 6-cı turunun “Çelsi” ilə matçında meydana çıxa bilər. Bu barədə “Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer yerli mətbuata açıqlamasında deyib. O, Kavaninin “Çelsi” ilə matçda meydana çıxa biləcəyini bildirib.

“Mançester Yunayted” – “Çelsi” matçı bu gün, saat 20:30-da start götürəcək.

Bir müddət əvvəl azad agent kimi “Mançester Yunayted”ə keçən Kavani, Premyer Liqada hələ debüt etməyib.