De Xea üzr istədi, söz verdi

“Mançester Yunayted”in futbolçusu David de Xea Premyer Liqanın 8-ci turunda “Nyukasl”a məğlub olduqları oyundan sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan qapıçı, 0:1 hesabıyla məğlub olduqları oyunu belə şərh edib:

“Artıq bir şeylər etməliyik. Zədələr bəhanə deyil. Biz “Mançester Yunayted”ik. Çalışmaq və mübarizə aparmaq məcburiyyətindəyik. Üst-üstə oyunlar qazanmalıyıq.

Oyunumuzu inkişaf etdirmək üçün çox şey lazımdır. Son iki oyunda qol vura bilmədik. Yüz faizlik qol imkanımız belə, yoxdur. Bu, qəbul ediləcək bir şey deyil. Nə deyəcəyimi bilmirəm. Burda ən pis günlərimi keçirirəm.

Azarkeşlərdən üzr istəyirəm. Mübarizə aparmağa davam edəcəyik. Söz verirəm”.