“Mançester Yunayted”in futbolçusu “Latsio”da?

“Mançester Yunayted”in futbolçusu Andreas Pereyra karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Komanda.az xəbər verir ki, bu barədə italiyalı jurnalist Nikola Skira özünün “tvitter” hesabında paylaşım edib. O, 24 yaşlı yarımmüdafiəçinin icarə əsasında “Latsio”ya keçəcəyini bildirib. A Seriyası təmsilçisi braziliyalı futbolçunu satınalma hüququyla birlikdə icarəyə götürəcək.

“Mançester Yunayted”in yetirməsi olan Pereyranın “qırmızı şeytanlar”la müqaviləsi 2023-cü ilin yayına qədərdir.