“Ronaldoya şübhəsi olan varsa, bu oyuna baxsın”

“Mançester Yunayted”in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasında “Atalanta”nı məğlub etdikləri oyundan (3:2) sonra açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, norveçli mütəxəssis, komandasına qələbə qazandıran qolu vuran Kriştiano Ronaldo haqda danışıb:

“Bizim komandanın geri dönüş etmək adəti var. Qələbəyə olan inamımızı itirmədik və çalışaraq qalib gəldik.

Ronaldonun çalışqanlığına və mübarizliyinə şübhəsi olan varsa, bu oyuna baxsın. Onun necə qaçdığını görün. Futbolçulara hörmətsizlik etmək olmaz. Onlar “Mançester Yunayted” forması üçün oynayır və buna görə dünyanın ən şanslı adamı olduqlarını bilirlər. Milyonlarla uşağın xəyalı bu formanı geyinməkdir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button